İdman

Fənərbaxçanın yeni transferi

19 Avqust 2025 22:44
Baxış: 339
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Fənərbaxça" heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az xəbər verir ki, komanda "Salzburq" forması geyinən Dorgeles Neneni rənglərinə bağlayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Sarı-lacivərdlilər" 22 yaşlı malili hücumçu ilə 5 illik müqavilə imzalayıb. İstanbul təmsilçisi bu keçid üçün qarşı tərəfə 18 milyon avro ödəyib.

Qeyd edək ki, Nene ötən mövsüm 49 matçda 15 qol, 9 assistlə yadda qalıb.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.