İqtisadiyyat

Azərbaycan və Türkiyə pərakəndə sektoru arasında əməkdaşlıq protokolu imzalandı - FOTO

19 Noyabr 2025 15:12
Baxış: 280
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

11-ci Birgə İnkişaf Konqresində (11. Ortak Gelişim Kongresi) iştirak edən "Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyi tədbir çərçivəsində Türkiyə Gıda Perakendecileri Derneği ilə niyyət protokolu imzalayıb.

Sənəd tərəflər arasında pərakəndə sektorunda əməkdaşlığın genişləndirilməsini, bilik və təcrübə mübadiləsini, birgə işçi qruplarının yaradılmasını və sektoral inkişafı dəstəkləyən tədbirlərin təşkilini nəzərdə tutur.

Protokolun imzalanması, eyni zamanda, gələcək birgə layihələr və institusional əməkdaşlıq üçün mühüm platforma yaradır.

Tədbir zamanı GPD sədri Alp Önder Özpamukçu, "Migros" şəbəkələrinin rəhbəri Özgür Tort, "Carrefour" şəbəkələrinin rəhbəri Kutay Kartallıoğlu, 'Özay Hukuk" rəhbəri Merter Özay, "HMK" rəhbəri Murat Keklik, "Obase", "Hanshow", "Ucge", "Ülker" şirkətlərinin səlahiyyətli şəxsləri ilə məhsuldar müzakirələr aparılmışdır.

Gıda Perakendecileri Derneği (GPD) Türkiyədə müasir qida pərakəndəçiliyini təmsil edən mühüm ictimai birlikdir. Birliyin üzvləri ölkə üzrə 50 minə yaxın satış nöqtəsinə malikdir və bu müəssisələrdə ümumilikdə 500 minə yaxın insan çalışır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.