Sağlamlıq

Meyitdən daha bir insana böyrək köçürüldü

19 Noyabr 2025 13:22
Baxış: 878
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beyin ölümü keçirmiş şəxsin donor olaraq bağışlanan böyrəklərindən biri uzun illər dializ müalicəsi alan və orqan gözləyən İsrafil Məmmədova köçürülüb. 

Milli.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, transplantasiya əməliyyatı nazirliyin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin transplantoloq-cərrahı Tariyel Nadirovun rəhbərlik etdiyi komanda tərəfindən icra olunub.

Əməliyyatdan bir həftə sonra İsrafil Məmmədovun vəziyyəti stabilləşib və uzun illər davam edən dializ yükündən azad halda evə buraxılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.