Cəmiyyət

Azərbaycanlı gənc ABŞ-də itkin düşdü

8 Yanvar 2026 23:04
Baxış: 2 088
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-nin Ohayo ştatının Klivlend şəhərində yaşayan həmyerlimiz Elmar Mirzəyev itkin düşüb.

Milli.Az Report-a istinadən xəbər verir ki, bu barədə ABŞ-də yaşayan Azərbaycan icmasının üzvləri məlumat yayıblar.

Bildirilib ki, Salyan rayonundan olan E.Mirzəyevdən artıq 4-5 gündür heç bir xəbər yoxdur.

Valideynləri övladlarının taleyindən ciddi şəkildə narahatdırlar.

Məlumata görə, E.Mirzəyev Klivlend şəhərində italyan restoranlarından birində çalışıb.

Məsələ ilə bağlı həmvətənlərimiz Diasporla İş üzrə Dövlət Komitəsinə də məlumat veriblər. Hazırda Elmar Mirzəyevin tapılması istiqamətində axtarış və araşdırmalar davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.