"Qalatasaray"ın uzun müddətdir izlədiyi "Borussia Mönchengladbach"ın gənc ulduzu Can Armando Güner sarı-qırmızılılara transfer olmağa hazırlaşır. Gənc futbolçu yanvarın 9-da İstanbula gələcək və şənbə günü keçiriləcək "Fənərbaxça" derbisini stadiondan izləyəcək.
Milli.Az xəbər verir ki, "Qalatasaray" bu transfer üçün Almaniya təmsilçisi ilə təxminən 200-250 min avro qarşılığında razılığa gəlib.
18 yaşlı futbolçu sağ cinah hücumçusu mövqeyində çıxış edir. Gənc oyunçu bu mövsüm "Borussia Mönchengladbach"ın U19 komandasında keçirdiyi 14 matçda 4 qol və 3 məhsuldar ötürmə (asist) ilə yadda qalıb.
Atası türk, anası alman, nənəsi isə argentinalı olan Can Armando hələlik əsas milli komanda seçimini etməyib. O, daha əvvəl Argentina U17 komandasında forma geyinib.
Lalə Qüdrətova
Milli.Az





