Bakıda binada yanğın olub - xəsarət alan var - YENİLƏNİB - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Milli.Az-a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının onyeddimərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində yerləşən mənzildə baş verdiyi və digər mənzillərə keçmə ehtimalının olduğu müəyyən edilib.
FHN qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 119 kv.m olan üçotaqlı mənzilin dəhlizində 1 ədəd yataq dəsti, dəhlizin divar kağızları 9kv.m. sahədə, otaqların və hamamın qapıları qismən yanıb, yüksək temperaturdan hamamın lambirdən ibarət tavanı 5kv.m. sahədə deformasiya edib.
Xilasedicilər tərəfindən xəsarət almış bir nəfər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib, həmçinin, bina sakinləri təxliyə edilib.
Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə edilib.
Xəsarət alan şəxs yanğının baş verdiyi mənzildə kirayəçi kimi yaşayan Türkiyə vətəndaşı, 41 yaşlı Ahmed Gökdumandır.
Məlumata görə, o, yanıq xəsarətləri və tüstüdən zəhərlənmə diaqnozu ilə təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya yerləşdirilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
MİDA-nın adından saxta müqavilələr hazırlayan şəxslər saxlanıldı - (Video)
-
Rusiyada 12 il əvvəl qətl törətmiş şəxslərə 15 il həbs tələb edildi
-
Sabunçuda avtomobildən 78 min manat oğurlayan şəxs saxlanıldı
-
“Çevik” ləqəbli tiktokerə hücum - Saxlanılan var
-
Lamiyə Əhmədli hovuzda boğularaq öldü
-
Dərnəgüldəki taxta bazarında meyit tapıldı
XƏBƏR LENTİ
-
Gözde Seda Altunerin dəyişimi gündəm oldu - (Foto)
-
Bu yayın ən çox transfer edən klubları bilindi
-
Niderland səfirliyi Azərbaycana təşəkkür edib
-
Taliska ağlayaraq "Fənərbağça"dan getdi
-
Macarıstan Ukrayna və Moldovanın Aİ-yə üzvlük danışıqlarını yenidən blokladı
-
Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər
-
Bu da Kasilyasın Venesuela gözəli olan yeni sevgilisi - (Fotolar)
-
Həftə ərzində az yatırsınızsa, bunu edin
-
"Neftçi" qapıçısı Kenan Piriçlə yolları ayırdı
-
Azərbaycanda bu şəxslərə qısaldılmış iş vaxtı şamil olunur
-
"Yoxa çıxan" Afaq Aslandan təəccübləndirən addım - (Video)
-
Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub - (Foto)
-
İsveçdən Polşaya üzüb keçən ilk insan: 56 saat fasiləsiz üzdü - (Video)
-
Avtobuslar qət etdiyi yola görə ödəniş alacaq - Azərbaycanda yenilik
-
"Real"ın gənc ulduzu saxlanıldı
-
Almaniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı
-
Məşhur britaniyalı bloqer Lənkəranda başına gələn hadisədən video paylaşdı
-
Kürdəmir və İmişlidə avtovağzal xidməti təşkil ediləcək
-
62 yaşlı türk aktrisanın bağında əyləncəli anlar: Çimərlik geyimində su davası - (Video)
-
Soyuq hava ilə bağlı xəbərdarlıq edildi
-
"Barselona" 2 futbolçusunu göndərdi - Yeni klubları bəlli oldu
-
Mediasiya ilə bağlı yeni kitab işıq üzü gördü - (Foto)
-
Messinin 10 nömrəli formasını o geyinəcək
-
DİM sədri magistratura üzrə nəticələri açıqladı - Bu ixtisaslarda yerlər doldu





