İdman

"Onunla həyatımı dəyişdirən bir söhbətim oldu" - Levandovski Klopp haqqında

9 Yanvar 2026 00:35
Baxış: 850
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əvvəllər Dortmund "Borussiya"sı və "Bavariya"da oynamış "Barselona"nın hücumçusu Robert Levandovski Yurgen Kloppun karyerasında oynadığı xüsusi rolu qeyd edib.

"Hər məşqçi mənə nəsə öyrədib: Kloppdan tutmuş Qvardiola, Ançelotti, Haynkes, Naqelsmann və Flikə qədər, həm "Bavariya", həm də "Barselona"da. Mənə öyrətmək asandır", - Milli.Az-ın xəbərinə görə, polşalı futbolçu söyləyib.

Levandoskinin sözlərinə görə, Yurgen Klopp ona düzgün düşüncə tərzi aşılayıb: "Məni ən çox danlayan da, eyni zamanda mənə ən çox şey öyrədən də o, olub.

Dortmunda gələndə hər şeyi edə biləcəyimi sübut etmək istəyirdim, amma məndən nə istədiyini başa düşmədiyimi hiss etdim, ona görə də birbaşa ondan məndən nə istədiyini soruşdum.

Onunla həyatımı dəyişdirən bir söhbətim oldu. Üzündən mənə inandığını görə bilirdim və bu, atamın ölümündən bəri etmədiyim bir söhbət idi". (lent.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.