Ölkə

Şahin Bağırov qalmaqallı idarəyə yeni rəis təyin etdi

8 Yanvar 2026 21:03
Baxış: 1 061
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Biləsuvar Gömrük İdarəsinə yeni rəis təyinatı həyata keçirilib.

Milli.Az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri general-leytenant Şahin Bağırov əmr imzalayıb

Məlumata görə, bu vəzifəyə Ramin Seyidov təyin olunub.

R.Seyidov bu təyinata qədər Astara Gömrük İdarəsində çalışıb.

Qeyd edək ki, Biləsuvar Gömrük İdarəsinin sabiq rəisi, gömrük xidməti polkovniki Sənan Şahbəndəyev Sumqayıt Gömrük İdarəsinin rəis müavini gətirilib.

Xatırladaq ki, bir müddət əvvəl Dövlət Gömrük Komitəsi tərəfindən Biləsuvar Gömrük İdarəsində keçirilmiş əməliyyat tədbirləri zamanı külli miqdarda qaçaqmal faktları aşkar edilmişdi. Məhz bundan sonra idarə rəisinin vəzifədən azad edilməsi ilə bağlı qərar verilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.