Kirayə müqaviləsi olmayanların NƏZƏRİNƏ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son vaxtlar ölkə ərazisində kirayə mənzillərlə bağlı nəzarət tədbirləri gücləndirilib. Polis əməkdaşları mənzillərdə yaşayan şəxslərin yaşayış yeri üzrə qeydiyyatını və kirayə müqavilələrini yoxlayırlar. Sənədləri qaydasında olmayan şəxslərə qarşı inzibati cərimələr tətbiq edilir.
Milli.Az xəbər verir ki, yoxlamalar zamanı vətəndaşın yaşadığı ünvanda qeydiyyatda olmadığı və ya rəsmi kirayə müqaviləsinin mövcud olmadığı aşkarlandıqda, yerində protokol tərtib olunur. Qanunvericiliyin tələblərini pozan şəxslər 30 manat məbləğində cərimə edilirlər.
Hüquqşünas Cavid Cəfərov bildirib ki, polis əməkdaşlarının qanuni əsaslarla yoxlama aparmaq səlahiyyəti var: "Sahə müvəkkilləri mənzillərdə kimlərin yaşadığını, hansı əsasla qaldığını və müqavilənin olub-olmadığını araşdırmalıdırlar. Qanun pozuntusu aşkarlandıqda xəbərdarlıq edilə və ya 30 manat cərimə tətbiq oluna bilər. Lakin mühüm məqam odur ki, polis həmin cəriməni nağd şəkildə yerindəcə ala bilməz".
Ekspert, həmçinin ev sahiblərinin qorxularına da aydınlıq gətirib. Bir çox mülkiyyətçi kirayənişinin qeydiyyata düşərsə, gələcəkdə evə iddia edəcəyindən ehtiyat edir. Hüquqşünasın sözlərinə görə, bu tamamilə yanlışdır: "Kirayə müqaviləsinin müddəti bitdiyi an sənəd etibarsız sayılır. Müvəqqəti qeydiyyat şəxsə mülkiyyət hüququ qazandırmır".
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli məsələ ilə bağlı bildirib ki, bu tədbirlər profilaktik xarakter daşıyır: "Hüquq pozuntularının qarşısının alınması məqsədilə monitorinqlər müntəzəm keçirilir. Vətəndaş yaşayış yerindən kənarda 60 gündən artıq qaldıqda müvəqqəti qeydiyyata düşməlidir. Əks halda bu, inzibati məsuliyyət yaradır".
Nəzarətin gücləndirilməsində əsas məqsəd kirayə bazarında şəffaflığı təmin etmək və tərəflər arasında yarana biləcək gələcək mübahisələrin qarşısını rəsmi sənədləşmə ilə almaqdır. /ATV xəbər
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





