Saçların tez yağlanması bir çox insanın qarşılaşdığı problemlərdən biridir və bunun səbəbi əsasən gündəlik qulluq vərdişləri ilə bağlı olur.
Milli.Az xəbər verir ki, mütəxəssislərin fikrincə, saçların həddindən artıq tez-tez yuyulması baş dərisinin daha çox yağ ifraz etməsinə səbəb ola bilər. Yanlış seçilmiş şampunlar, tez-tez saçlara toxunmaq və çox isti su ilə yumaq da bu problemi artıran amillər sırasındadır.
Eyni zamanda, balanssız qidalanma və stress də baş dərisinin yağlanmasına təsir göstərə bilər. Saçların daha uzun müddət təmiz qalması üçün saç tipinə uyğun şampunlardan istifadə etmək, saçları çox isti su ilə yumamaq və gündəlik qulluq vərdişlərinə diqqət yetirmək tövsiyə olunur.
Asya
Milli.Az





