Hadisə

Araz Musayevin bıçaqlanmasına görə tutulanlar azad edildi

19 Noyabr 2025 14:03
Baxış: 414
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Dünya çempionu Araz Musayevin bıçaqlanmasına görə həbs edilən Azərbaycan Muay Tay Federasiyasının prezidenti Azər Həsənsoy, Kikboksinq Federasiyasının vitse-prezidenti Elşən Abdulrəhmanov və muay tay üzrə yığma komandanın baş məşqçisi Vüqar Əsədov təcridxanadan buraxılıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ötən gün Türkiyənin Antalya şəhərində keçirilən 6 saatlıq məhkəmə sonrası hər üç şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib və ev dustaqlığı qətimkan tədbiri seçilib.

Xatırladaq ki, onlar bu il mayın 28-də A. Musayevin Türkiyədə bıçaqlanması ilə bağlı aparılan təhqiqat çərçivəsində "qəsdən adam öldürməyə cəhd" maddəsi üzrə ittiham edilərək həbs olunmuşdular. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.