Süni intellekt musiqini ələ keçirir - Müğənnilərin çörəyi "əldən çıxır"?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son illərdə süni intellekt texnologiyalarının sürətlə inkişafı bir çox sahədə olduğu kimi, musiqi sənayesinə də təsirsiz ötüşməyib.
Mövcud mahnıların süni intellektlə yaradılan versiyalarının social şəbəkələrdə sevildiyinin və qısa zamanda minlərlə, hətta milyonlarla baxış əldə ediyinin şahidi oluruq.
Bu isə bir sualı ortaya çıxarır. Müğənnilərə gələcəkdə ehtiyac qalmayacaq?
Mövzu ilə bağlı informasiya təhlükəsizliyi eksperti Əmrah Mövsümzadə Milli.Az-a açıqlamasında bildirib ki, süni intellektlə hazırlanan musiqi remixlərinin sayının artması artıq musiqi bazarında yeni bir dövrün başladığını göstərir.
Onun sözlərinə görə, bəzən süni intellektin yaratdığı versiyaların orijinal mahnılardan daha çox izlənmə toplaması müğənnilərin sıradan çıxması mənasına gəlmir:
"Sadəcə musiqi sənayesinin oyun qaydaları dəyişir".
Ekspert, prosesin yaradıcılıq və təhlükəsizlik olmaqla iki əsas mərhələdən ibarət olduğunu vurğulayıb.
Ə.Mövsümzadə nəzərə çatdırıb ki, süni intellekt artıq bir müğənninin səsini tam şəkildə təqlid edə bilir ki, bu da təkcə yaradıcılıq aktı deyil, həm də "səs kimliyinin oğurlanması" kimi dəyərləndirilir:
"Müğənninin xəbəri olmadan onun səsi ilə mahnı hazırlanması gələcəkdə reputasiyanın zədələnməsi, saxta əməkdaşlıqlar və digər ciddi fəsadlara səbəb ola bilər. Yəni məsələ təkcə musiqi yaradıcılığı ilə məhdudlaşmır, həm də birbaşa təhlükəsizlik problemidir".
Bildirib ki, bütün bu risklərə baxmayaraq, musiqi sənəti tamamilə yox olmayacaq:
"Süni intellekt yeni üslublar yarada, trend mahnılar hazırlaya bilər, amma insan emosiyasını, səhnə enerjisini və sənətkarla dinləyici arasındakı bağları əvəz edə bilməz. Tarix boyu hər yeni texnologiya çıxdıqda oxşar narahatlıqlar olurdu, lakin musiqi heç vaxt yox olmayıb. Sadəcə dəyişib".
Mütəxəssis hesab edir ki, gələcəkdə bu sahə daha ciddi hüquqi çərçivələrlə tənzimlənəcək. Səs hüquqları, lisenziyalar və süni intellektdən istifadə qaydaları dəqiqləşdikcə, müğənnilər hətta öz səslərinin rəsmi şəkildə süni intellektə lisenziyalaşdırılması ilə də gəlir əldə edə biləcəklər:
"Bir sözlə, müğənnilərə ehtiyac qalacaq. Sadəcə adaptasiya etməyənlər geridə qala bilər. Süni intellekt musiqini öldürmür. Onu yenidən formalaşdırır və insan yaradıcılığı ilə yanaşı yeni bir inkişaf sahəsi yaradır".
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Smartfon Wi-Fi-ya qoşulduqda belə gigabayt "yeyir": dayandırmağın yolu
-
İlon Maskdan görmə qabiliyyətini tamamilə itirənlər üçün yeni cihaz
-
Apple dünyanın ən bahalı şirkəti oldu
-
Ən bahalı "iPhone"un əsas qüsurları açıqlandı
-
İnternetlə qoxuları da hiss edə biləcəyik
-
Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
XƏBƏR LENTİ
-
İnsanları maqnit kimi cəlb edirlər - 4 xüsusi doğum günü
-
“Eşref Tek”in tərəf müqabili açıqlandı
-
"Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
-
Ev dustaqlığına buraxılan Leyla Əhmədovanın yeni (Fotoları)
-
Azərbaycanda molla arvadını qətlə yetirdi - təfərrüat
-
Günün qoroskopu: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Leyla Əliyeva “Sayrışan simvollar” adlı sərgidən görüntülər paylaşıb - (Video)
-
Bakıda iki “KamAZ” toqquşdu - Yaralılar var - (Video)
-
Leyla Əliyeva Rusiyanın Xalq artisti Gennadi Xazanov ilə görüşü ilə əlaqədar paylaşım edib - (Foto)
-
İki nəfərin öldüyü “Şəki Yaylası” istirahət mərkəzi bağlandı
-
Xırdalanda 12 yaşlı qız itkin düşüb
-
Paltar reklamı, yoxsa əxlaqsızlığın reklamı? - Jurnalist Orxan Rasifoğlu yazır
-
Azərbaycan karateçiləri Sofiyada 7 qızıl medal qazanıblar - (Foto)
-
"Pis vərdişlərdən uzaqlaşdım, 9 kiloqram arıqladım" - İbrahim Borçalı
-
Həm avtomobillərindən, həm də pullarından oldular - (Video)
-
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
-
Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu
-
Goranboyda avtomobil dərəyə aşıb, sərnişin ölüb
-
İlyas Yalçıntaş sərbəst buraxıldı
-
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
-
Türkiyə Heydər Əliyev parkı ilə bağlı yayılan məlumatları təkzib etdi
-
Bakıda torpaq sahələri bahalaşdı
-
Natiq Nağıyev vəzifəsindən azad edildi
-
Rusiyada ağır qəzada həlak olan azərbaycanlıların fotosu - Yenilənib





