Dünya

Ürəkbulanmaya əhəmiyyət verməyən hamilə qadında ölümcül xəstəlik aşkarlandı

19 Avqust 2025 21:00
Baxış: 543
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Böyük Britaniyada hamilə qadın Sofiya Yasin səhərlər yaşadığı halsızlıq və ürəkbulanmanı adi qəbul edib, lakin sonradan ölümcül xəstəliyə tutulduğu məlum olub.

Milli.Az xəbər verir ki, onun hekayəsini People dərc edib.

29 yaşlı Yasin 2024-cü ilin iyununda hamilə qaldığını bildirib. Bir müddət sonra onda tez-tez qusma, gecə tərləməsi və qaşınma başlayıb. Qadın ilk vaxtlar bunun hamiləliyin normal əlamətləri olduğunu düşünüb. Lakin ikinci trimestrdə işdə qəfil huşunu itirib və xəstəxanaya aparılıb. Əvvəlcə həkimlər pnevmoniyadan şübhələnsələr də, sonradan ona aqressiv formada inkişaf edən B-böyükhüceyrəli qeyri-Hodgkin limfoması diaqnozu qoyulub. Şişin ürəyin üstündə sürətlə böyüdüyü və dərhal kimyaterapiyaya başlanılmasının vacib olduğu bildirilib. Müalicənin dölə ciddi zərər verəcəyi üçün qadın məcburən abort etdiyini deyib.

"Qısa müddətdə çox şey itirdim. Uşaq arabası və beşik almaq əvəzinə pariklər aldım. Saçlarımı, körpəmi və əvvəlki həyatımı itirdim", - deyə Yasin etiraf edib. Altı kurs kimyaterapiyadan sonra qadında 2025-ci ilin yanvarında davamlı remissiya ( xəstəliyin əlamətlərinin zəifləməsi, geri çəkilməsi və ya müəyyən müddətlik tamamilə yox olması ) müşahidə olunub.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.