Texnologiya

“iPhone”lar bahalaşa bilər

20 Avqust 2025 00:13
Baxış: 314
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bütün yeni "iPhone"lar Hindistanda istehsal olunacaq. 

Milli.Az xəbər verir ki, brendin dörd yeni modelinin hamısının Hindistandakı fabriklərdə istehsal ediləcək. 

Qeyd edək ki, "Apple"ın  sentyabr ayında " iPhone 17 ", " 17 Air ",  "17 Pro" və "17 Pro Max" modellərini təqdim edəcəyi gözlənilir.

Beləliklə Apple smartfonları ilk dəfə Çindən kənarda istehsal olunacaq. 

İstehsalın Hindistana sürətlə ötürülməsinin əsas səbəbi kimi Çindən ABŞ-a ixraca qoyulan yüksək rüsumlar göstərilir. 

O da məlum olub ki, "Apple" yüksək idxal rüsumları və ABŞ ilə Hindistan arasında korlanmış münasibətlər səbəbindən " iPhone " smartfonlarının qiymətini  qaldıra bilər. 
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.