Şou-biznes

Ağac aşdı, “Möhtəşəm Yüz il"in aktyoru altında qaldı - FOTO

19 Avqust 2025 14:22
Baxış: 1 175
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyəli aktyor İbrahim Yıldız güclü küləyin təsiri ilə ağacın aşması nəticəsində ağır yaralanıb.

Milli.Az xəbər verir ki, hadisə İstanbulda baş verib və aktyor küçədə gəzərkən qəfil aşan ağacın altında qalıb. Sakinlərin dərhal xəbər verməsi ilə hadisə yerinə təcili yardım briqadası gəlib və Yıldız xəstəxanaya çatdırılıb.

Aktyorun vəziyyəti hazırda ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, İbrahim izləyicilərə "Duy beni" və "Möhtəşəm Yüz il Kösəm" seriallarından tanışdır.

İsmayıl
Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.