Texnologiya

Notbuk istifadəçiləri üçün vacib məsləhət: Batareyanızın vəziyyətini belə yoxlayın

20 Avqust 2025 05:05
Baxış: 377
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Zaman keçdikcə hər bir notbuk batareyasının tutumu azalır. Bu da cihazın enerji ilə avtonom işləmə müddətinin qısalmasına səbəb olur. Əgər notbukunuzu yalnız elektrik şəbəkəsinə qoşulu vəziyyətdə istifadə etməyə məcbur qalırsınızsa, artıq batareyanın vəziyyətini yoxlamağın vaxtıdır.

Milli.Az xəbər verir ki, mütəxəsisslərin fikrincə, "MacBook" cihazlarında batareya haqqında məlumatlar sistem parametrlərində mövcud olsa da, "Windows" istifadəçiləri bu məlumatı Komanda sətri vasitəsilə əldə etməlidirlər.

Windows notbuklarda batareya vəziyyəti necə yoxlanılır?

Bu təlimat Windows 10 və Windows 11 sistemləri üçün keçərlidir:

Başlat menyusunu açın və axtarış hissəsinə "Komanda sətri" (Command Prompt) yazın.

Açılan qara pəncərədə bu əmri daxil edin:
powercfg /batteryreport
Sonra Enter düyməsini basın.

Sistem batareya haqqında hesabat yaradacaq və faylın saxlanıldığı fayl yolu ekranda görünəcək.

"battery-report.html" adlı bu sənədi açın - hesabat brauzer üzərindən göstəriləcək.

"Installed batteries" (Quraşdırılmış batareyalar) bölməsində iki əsas göstəriciyə diqqət yetirin:

Design capacity (Zavod tutumu)

Full charge capacity (Cari maksimal tutum)

Tutumun nə qədər azaldığını hesablamaq üçün bu formulu tətbiq edin:

Cari tutum ÷ Zavod tutumu × 100 = %

Məsələn:
36,500 ÷ 45,000 × 100 = 81%
Bu halda, batareyanın ilkin tutumunun 81%-i qalır.

Batareyanın dəyişdirilməsinə nə vaxt ehtiyac var?

Batareyanın dəyişdirilməsinə ehtiyac barədə konkret bir qayda yoxdur. Lakin ümumi praktika göstərir ki:

1000 doldurma dövründən sonra

Və ya batareya tutumu 50%-dən aşağı düşdükdə

artıq dəyişiklik barədə düşünmək lazımdır.

Yeni funksiya: "Adaptive Battery Saver"

Microsoft, Windows 11 istifadəçiləri üçün batareyanın ömrünü uzatmaq məqsədilə yeni funksiya təqdim edib. "Adaptive Battery Saver" (Uyğunlaşan enerjiyə qənaət rejimi) adlı bu funksiya, sistem zəruri hesab etdikdə, hətta batareya tam dolu olduqda belə avtomatik aktivləşir və enerji sərfiyyatını optimallaşdırır.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.