Siyasət

Fransa Azərbaycana yeni səfir təyin etdi

19 Avqust 2025 23:54
Baxış: 440

Fransanın Azərbaycana təyin etdiyi yeni səfirin adı məlum olub.

Milli.Az xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfirliyinin "X" hesabında yazılıb.

Qeyd olunub ki, Sofi Laqut Fransanın Azərbaycandakı yeni səfiri təyin olunub.

Xanım diplomat da bu barədə "X" hesabında yazıb:

"Azərbaycanda Fransaya, maraqlarımıza və həmvətənlərimizə səfir kimi xidmət etmək məniim üçün böyük şərəfdir. Bu vəzifəni Ann Buayonun yolunu davam etdirərək icra edəcəyəm. Azərbaycandakı səfirliyin komandası ilə birlikdə ölkəmiz və Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıyan bu regionda Fransa-Azərbaycan əlaqələrini daha da inkişaf etdirməyi səbirsizliklə gözləyirəm. Görüşənədək".

Milli.Az
 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.