Siyasət

Binəli Yıldırım İlham Əliyevə təbrik məktubu ünvanlayıb

19 Avqust 2025 19:34
Baxış: 358

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Zəngəzur dəhlizinin fəaliyyətə başlamasına zəmin yaradan və bölgəmizdə tarixi bir səhifə açan Birgə Bəyannamənin imzalanması münasibətilə Zati-alinizi ən səmimi hisslərlə təbrik edirəm.

Bu tarixi hadisə Azərbaycanın strateji mövqeyi və güclü liderliyinin, eyni zamanda Qarabağda qazanılan tarixi Zəfərdən regional sülhə, əməkdaşlığa və inkişafa keçidin konkret təzahürüdür.

Zəngəzur dəhlizi türk dünyasını bir-birinə bağlayacaq, ticarət əlaqələrini gücləndirəcək və xalqlarımız arasında qardaşlıq münasibətlərini daha da möhkəmləndirəcək strateji əhəmiyyətə malik bir layihədir.

Zati-alinizin müdrik liderliyi ilə Azərbaycanın bundan sonra da regional sabitliyin və Türk dünyasının birliyinin təmin olunmasında qabaqcıl rol oynayacağına qəti şəkildə inanıram.

Fürsətdən istifadə edərək Türkiyə-Azərbaycan qardaşlığının "Bir millət, iki dövlət" prinsipi ilə daha da möhkəmlənəcəyinə, ölkələrimizin ortaq hədəflərin reallaşması üçün bundan sonra da çoxlu tarixi uğurlara imza atacağına əminliyimi ifadə edirəm.

Sizə cansağlığı, xoşbəxtlik, Azərbaycan Respublikasına davamlı tərəqqi arzulayır, ən dərin ehtiramımı ifadə edirəm".
 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.