Cəmiyyət

30 min manata analıq təklif olunur - Kirayə, bilet pulu da verilir: Qanun nə deyir?

19 Noyabr 2025 11:30
Baxış: 832
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sosial şəbəkələrdə qadınlara şirnikləndirici təkliflər edilir.

Milli.Az xəbər verir ki, tiktok-da edilən paylaşımlarda qadınlara Gürcüstanda daşıyıcı ana olmaq imkanı yaradılacağı və bunun müqabilində 18 min dollar pul ödənəcəyinə dair vəd verirlər. Hətta, qadın daha gəncdirsə ona ödənən məbləğ daha çox olur. Bu ödənişdən əlavə təyyarə bileti, gediş-gəliş və qalmaq xərcləri də qarşılanır.

Kişi sonsuz olanda süni mayalanma köməyə çatır, qadın sonsuz olanda isə vəziyyət dəyişir. Əgər qadının uşaqlığı olduğu halda yumurtalıqları fəal deyilsə, övlad dünyaya gətirə bilmir. Əgər cütlük uşaq istəyirsə mütləq surroqat anaya ehtiyac olur. Bu səbəbdən də sosial şəbəkələrdə belə təkliflər ortaya çıxır.

Genetik cəhətdən ana yumurtası və ata sperması vasitəsilə mayalanmış, 3-5 günlük inkişaf mərhələsində olan embrion onu dünyaya gətirməyə razı olan surroqat ananın bətninə yerləşdirilir. Uşaq doğulduqdan sonra bioloji valideynlərinə təhvil verilir.

Bəs bu prosesə nəzarət hüquqi müstəvidə necə tənzimlənir?

"Ailə Məcəlləsində "surroqat ana" anlayışı mövcud olsa da, bu prosesin bütün mərhələlərini tənzimləyən konkret hüquqi norma yoxdur. Surroqat ananın hüquqları və öhdəlikləri, doğulacaq uşağın sonrakı hüquqi statusu, eləcə də bu məsələləri əhatə edən "Reproduktiv sağlamlıq haqqında" qanunun hələ də qəbul edilməməsi səbəbindən, surroqat analıq məsələsi qanunvericilik müstəvisində tənzimlənməmiş qalır.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda qadın sonsuzluğunun sayında artım var. Qadın sonsuzluğu diaqnozu təyin edilən xəstələrin sayı 2022-ci ildə 1 688, 2023-cü ildə isə 2 026 nəfər olub.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.