Siyasət

Ağ Evin sözçüsü Azərbaycanın ABŞ-dəki səfirinin müsahibəsini paylaşıb

19 Avqust 2025 18:26
Baxış: 493

Ağ Evin sözçüsü Karolin Leavit özünün "X" hesabında Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahimin "Washington Examiner"-ə verdiyi müsahibəni paylaşıb.

Milli.Az xəbər verir ki, Xəzər İbrahim "Azərbaycan səfiri Azərbaycan-Ermənistan arasında tarixi razılaşmadan sonra Trampı "əsl sülhməramlı" kimi qiymətləndirib" başlığı ilə yayımlanan müsahibəsində Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının paraflanmasında Tramp Administrasiyasının rolunun vacibliyini vurğulayıb.

Diplomatın sözlərinə görə, Trampın prezidentliyinin ikinci dövrünün başladığı gündən bəri Bakı arxayın idi ki, ABŞ lideri Qafqazda müsbət irəliləyişlər əldə edəcək.

Qeyd edək ki, Vaşinqtonda avqustun 8-də Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə iki ölkə arasında sülh razılaşmasını paraflayıblar. /APA

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.