Kiyevdən Bakıya uzanan körpü: geosiyasətə qarşı balanslı yanaşma
Ukrayna Xarici İşlər Naziri Andrey Sibiqanın Azərbaycana rəsmi səfəri, iki dövlət arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin məntiqi davamıdır və beynəlxalq diplomatik praktika baxımından tamamilə adi və qəbulolunan bir addımdır. Belə səfərlər dünyada geniş yayılmış bir ənənə olmaqla, ölkələr arasında qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi, əməkdaşlığın dərinləşdirilməsi və əlaqələrin möhkəmləndirilməsi məqsədi daşıyır. Bu baxımdan Ukrayna rəsmisinin Bakıya səfəri də məhz bu kontekstdə dəyərləndirilməlidir.
Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arasında dialoq və əməkdaşlıq nə qədər geniş və şaxəlidirsə, həmin ölkələrin müstəqil və balanslı xarici siyasət yürütmək imkanları da bir o qədər artır. Azərbaycanla Ukrayna arasında mövcud münasibətlər bu baxımdan xüsusi diqqətə layiqdir. Hər iki ölkə keçmiş SSRİ-nin tərkibində olmuş, müstəqillik qazandıqdan sonra suverenliklərini qorumaq və beynəlxalq münasibətlər sistemində öz layiqli yerlərini tutmaq üçün eyni zamanda oxşar geosiyasi çağırışlarla qarşılaşıblar. Bu ortaq tarix, habelə siyasi və iqtisadi maraqlar onları əməkdaşlığa sövq edən əsas amillərdəndir.
Azərbaycanla Ukrayna arasında mövcud olan münasibətlər daim qarşılıqlı hörmət, suverenliyə və ərazi bütövlüyünə dəstək prinsiplərinə əsaslanıb. İki ölkə arasında siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə uğurlu əməkdaşlıq modeli formalaşıb. Bu münasibətlərdə hər hansı suallar doğura biləcək nüans yoxdur. Əksinə, bu əlaqələr regionda sabitlik və qarşılıqlı fayda əsasında qurulan birgə təşəbbüslərin bariz nümunəsidir.
Eyni zamanda, keçmiş SSRİ məkanının dövlətləri arasında tarixi bağlar mövcuddur. Bu ölkələri yalnız ortaq siyasi və iqtisadi keçmiş deyil, həm də mədəniyyət, dil, ailə əlaqələri kimi bir çox sahələr birləşdirir. Bu baxımdan, postsovet ölkələri arasında diplomatik səfərlər, qarşılıqlı təmaslar, əməkdaşlıq formatlarının genişləndirilməsi və strateji dialoqlar tamamilə normal və təbii sayılır.
Bu kontekstdə Ukrayna Xarici İşlər Nazirinin Azərbaycana səfərinin hansısa geosiyasi ittiham və ya təzyiqlə qarşılanması cəhdləri əsassızdır. Xüsusilə bu səfərə Rusiyanın yanaşması məsələsinə toxunarkən, bəzi mühüm faktları xatırlatmaq vacibdir. Azərbaycan 30 ilə yaxın bir müddət ərzində öz ərazilərinin Ermənistan tərəfindən işğalı ilə üzləşmişdi. Həmin dövrdə Rusiya ilə Ermənistan arasında həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində, həm də ikitərəfli formatda strateji müttəfiqlik və tərəfdaşlıq münasibətləri olub. Rusiya rəsmiləri, o cümlədən xarici işlər naziri Sergey Lavrov mütəmadi olaraq Ermənistana səfərlər ediblər. Eyni zamanda, Ermənistan rəhbərliyi, baş nazir Nikol Paşinyan və digər rəsmi şəxslər dəfələrlə Moskvaya səfərlər ediblər. Bu faktlar göstərir ki, istənilən dövlətin, o cümlədən Azərbaycanın da, digər müstəqil ölkələrlə diplomatik əlaqələr qurması və yüksək səviyyəli səfərlər həyata keçirməsi beynəlxalq hüququn və müstəqil dövlətçilik prinsiplərinin ayrılmaz hissəsidir.
O halda sual yaranır: əgər Rusiya ilə Ermənistan arasındakı diplomatik münasibətlər, qarşılıqlı səfərlər və danışıqlar normal sayılırsa, niyə Azərbaycanın Ukrayna ilə münasibətləri çərçivəsində baş tutan bir səfər fərqli qəbul olunmalıdır? Bu cür ikili standartlara yol verilməsi nə hüquqi, nə də siyasi baxımdan əsaslandırıla bilməz.
Ukrayna Xarici İşlər Nazirinin Azərbaycana səfəri, sadəcə olaraq, iki ölkə arasında qarşılıqlı maraqlara əsaslanan və gələcəyə yönəlmiş münasibətlərin tərkib hissəsidir. Bu səfər nə hansısa üçüncü dövlətə qarşı yönəlib, nə də hansısa geosiyasi bloklaşmanın göstəricisidir. Azərbaycan balanslı və çoxşaxəli xarici siyasət yürüdür və bu siyasətin əsas prinsiplərindən biri də bütün tərəfdaşlarla bərabərhüquqlu münasibətlərin qurulmasıdır.
Nəticə etibarilə, Ukrayna rəsmisinin Azərbaycana səfəri yalnız Azərbaycan-Ukrayna ikitərəfli münasibətləri çərçivəsində dəyərləndirilməli, bu hadisəyə süni siyasi məna yüklənməməlidir. Diplomatik əlaqələr çərçivəsində keçirilən belə səfərlər beynəlxalq əməkdaşlıq üçün vacibdir və regionda sülh, təhlükəsizlik və inkişaf naminə əhəmiyyətli töhfə verə bilər.
TREND
DİGƏR XƏBƏRLƏR
-
Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - (Video)
-
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - (Foto)
-
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
-
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu açıqlaması
-
Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
XƏBƏR LENTİ
-
Smartfon Wi-Fi-ya qoşulduqda belə gigabayt "yeyir": dayandırmağın yolu
-
Qəhvəyə 1 çay qaşığı əlavə edin: Şəkəri əvəz edir, arıqlamağa kömək edir
-
Evli kişilərin tualetdə uzun müddət qalmağının səbəbi
-
Məşhur ulduzların səhnəyə çıxmazdan əvvəlki qəribə vərdişləri
-
Süni intellektə bu sualı verməyin - nəticəni oxuyan xəstəxanaya qaçır
-
Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı
-
İran ABŞ ilə danışıqlar üçün 7 günlük plan təklif edib - Əraqçi
-
Koronavirus yenidən yayılmağa başlayıb - (Video)
-
Qurban Bayramov vəfat etdi
-
Günün qoroskopu: Keçmişdə verdiyiniz bəzi qərarlar bu gün öz təsirini göstərəcək
-
Bərdədə ağır qəzada həlak olan iki dostun fotosu
-
Sabah Şəkidə qaz olmayacaq
-
Bütün sərnişinlərin öldüyü qəzanın səsyazısı yayıldı - (Video)
-
“Amay” Ticarət Mərkəzinin damı təhlükə saçır - (Video)
-
Dövlət Baxçalıya ağır itki üz verdi
-
Təyyarə havaya qalxmazdan əvvəl alovlandı - (Video)
-
Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 18 nəfər həlak olub
-
Nəvainin həbsdən sonra ilk görüntüsü - (Foto)
-
55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi - (Video)
-
Bəzi ərazilərdə işıq olmayacaq - Yenilənib
-
Əli Məmmədova vəzifə verildi
-
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
-
Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
-
Holand Ronaldunu kölgədə qoydu





