21:19
Yevlaxda baş verən bədbəxt hadisə nəticəsində ölən və yaralanan şəxslərin kimliyi məlum olub.
APA-nın yerli müxbirinin məlumatına görə, hadisə zamanı həlak olan şəxs traktorçu Mustafayev Firdovsi İlqar oğludur.
"QAZ-24" markalı avtomobilin sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
------------
19:54
Yevlaxda batan avtomobili çəkən traktor aşıb, ölən və yaralanan var.
Milli.Az xəbər verir ki, traktor palçıq ərazidə batmış "QAZ-24" markalı minik maşınını çəkərkən aşıb.
Nəticədə bir nəfər ölüb, bir nəfər yaralanıb.
Faktla bağlı Yevlax rayon Polis Şöbəsində araşdırma aparılır. /APA
Milli.Az