Siyasət

Qərbi Azərbaycan İcması Erməni Apostol Kilsəsinin bəyanatını qınadı

25 May 2025 17:35
Baxış: 371

Qərbi Azərbaycan İcması (QAİ) Erməni Apostol Kilsəsinin Qafqaz Müsəlmanları İdarəsinin İrəvan Qazılığının bərpa edilməsi barədə qərarı ilə bağlı 23 may 2025-ci ildə yaydığı bəyanatı qınayır.

Milli.Az xəbər verir ki, bu barədə QAİ-nin bəyanatında deyilir.

Bildirilib ki, sözügedən bəyanatında azərbaycanlılara qarşı irqi nifrət aşılayan və inkarçı mövqe sərgiləyən Erməni Apostol Kilsəsi humanizm dəyərlərindən uzaq, siyasiləşmiş bir qurum olduğunu və əsl məqsədinin xalqlar arasında nifaqı dərinləşdirmək olduğunu bir daha sübut edir:

"Erməni Apostol Kilsəsinin xalqlar arasında harmoniya, dinlərarası dialoq və sülhə töhfə vermək əvəzinə nifrət aşılaması, Qərbi azərbaycanlıların qayıdışına, onların dini etidaq azadlıqlarına, dini və mədəni irsinin bərpasına qarşı çıxması ciddi narahatlıq doğurur. Qərbi Azərbaycan İcması dünya ictimaiyyətinə müraciət edərək, Erməni Apostol Kiləsinin irqi ayrı-seçkiliyə əsaslanan siyasiləşmiş addımlarını pisləməyə çağırır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.