Siyasət

Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir - Ceyhun Bayramov

25 May 2025 13:39
Baxış: 388

Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini tanıyır və dəstəkləyir.

Trend xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə birgə mətbuat konfransında deyib.

"Bu gün biz müxtəlif formatlarda görüş zamanı ikitərəfli münasibətləri, çoxtərəfli platformalarda əməkdaşlığı müzakirə etdik, həmçinin regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi apardıq. Azərbaycan-Ukrayna münasibətlərində həmişə beynəlxalq hüququn norma və prinsipləri əsas təşkil edir", - o qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.