Rusiya

Tiflisdə Rusiya bayrağı təhqir edildi - Zaxarovadan reaksiya

25 May 2025 21:09
Baxış: 573
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya hüquq-mühafizə orqanları Tiflisdə Rusiya bayrağının təhqir olunması ilə bağlı vəziyyətə müvafiq qiymət verəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Bu səhər Tiflisdə Rusiya bayrağı ilə hansısa performans nümayiş etdirən naməlum antiqəhrəmanın şıltaqlığına münasibət almaq məqsədilə çoxlu zənglər olub. Birincisi, bayraq bayraq olaraq qalacaq, hansısa psixoloji xəstənin onunla necə davranmasından asılı olmayaraq... İkincisi, ölkəmizin hüquq-mühafizə orqanları bu azğın əmələ müvafiq qiymət verəcək", - deyə Zaxarova bildirib.

Qeyd edək ki, Tiflisdə musiqi festivalında gürcü müğənni Erekle Getsadze çıxışı zamanı Rusiya bayrağını zibil qutusuna atıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.