Şou-biznes

Qiiyməti 2 milyondan 5 milyona qaldırdı

25 Avqust 2025 19:33
Baxış: 535
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Müğənni Alsunun konsert qonorarı artıb.

Milli.Az bildirilir ki, Alsu əvvəlki 2 milyon rubl qonorarını 5 milyon rubla (təxminən, 106 min AZN) qaldırıb. Onun texniki rayderinə biznes-klassla uçuş, sürücülü lüks avtomobil, eləcə də qonşuluqda mühafizəçilərlə birlikdə qalmaq üçün lüks hotel otaqları daxildir.

2025-ci ilin iyulunda "StarHit" nəşri yazmışdı ki, Alsu iş adamı Yan Abramovla boşanmasına üç ay qalmış Rublyovkada yerləşən daşınmaz əmlakını satıb.

Nəşrin məlumatına görə, Alsu 2024-cü ilin fevralında ümumi sahəsi 6 min kv. m olan torpaq sahəsini, üzərində yerləşən biri 3 min 112,9 kv. m, digəri isə 229,9 kv. m olan iki yaşayış evini, 632,8 kv. m-lik yeraltı qarajı və 223,5 kv. m-lik qeyri-yaşayış binasını satıb.

Satışa çıxarılan obyektlər arasında həmçinin 2013-cü ildə Abramov və Alsunun aldığı elit Usovo qəsəbəsində yerləşən dörd mərtəbəli villa da olub. Viktoriya üslubunda inşa edilmiş bu kottec sütunlar, relyefli bəzəklər, mərmər və mozaika ilə işlənib. İçəridə sifarişlə hazırlanmış taxta mebellər yerləşdirilib. /olay.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.