Dünya

Lavrov buna görə Alyaskaya “СССР” yazılı köynəklə gedib - FOTO

25 Avqust 2025 13:48
Baxış: 1 363
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Alyaskadakı sammitdən əvvəl Ankoric şəhərində üzərində "СССР" yazılmış köynəklə görüntülənməsi barədə açıqlama verib.

Milli.Az xəbər verir ki, nazir bu barədə "NBC" telekanalına müsahibəsində danışıb.

Jurnalistin "Siz bu addımla Sovet İttifaqını bərpa etmək niyyətinizi göstərmək istəyirdinizmi?" sualına Lavrov belə cavab verib:

"Xeyr. Biz Sovet İttifaqında doğulmuşuq. Prezident Vladimir Putin dəfələrlə bildirib ki, SSRİ-nin dağılmasına təəssüf etməyən insanın ürəyi yoxdur. Amma onun bərpa edilməsini istəyənin isə ağlı yoxdur. Bu, tamamilə doğru fikirdir. İnsan öz köklərini bilməli, gənclik illəri, dostlar və ilk sevgi ilə bağlı xatirələrini qoruyub saxlamalıdır".

Lavrov əlavə edib ki, Rusiya bütün keçmiş sovet respublikalarını müstəqil və suveren dövlətlər kimi tanıyır.

Qeyd edək ki, avqustun 15-də Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında görüş keçirilib. Görüşdən öncə Lavrovun Ankoricdə hotelə "СССР" yazılı köynəklə daxil olması barədə görüntülər mediada yayılmışdı.

Hüseyn
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.