Ölkə

Oğlumu çiynimdə aparıb dəfn etdim... - Fazil Mustafa

25 May 2025 22:47
Baxış: 746
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Oğlum dəm qazına görə boğulanda 8 yaşı var idi. Görünür, o dövrdə bizim də məsuliyyətsizliyimiz oldu. Yəni dəm qazı anlayışımız yox idi".

Milli.Az xəbər verir ki, bunu deputat Fazil Mustafa Kanal S-də yayımlanan müsahibəsində deyib.

O, hadisə zamanı xaricdə olduğunu bildirib.

"Hər bir insanın başına gələ biləcək faciədir. Belə məsələlərə bir az fərqli yanaşmalıyıq. Yəni bizi yaradan verdiyi neməti istənilən vaxt ala bilər. İradəmizdən kənarda bir tale var və buna qarşı gəlmək olmaz. Bunu faciə kimi yaşasam da, həyatımın faciəsinə çevirmədim. Ağırdır, amma yaşayanları, qalanları düşünməliyik. Biz övladımızı çiynimizdə aparıb dəfn edə bilmişik, amma məsələn, təyyarə qəzasında yüzlərlə adam arzulayır ki, yaxınının qəbir yeri olsun", - millət vəkili qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.