Ölkə

Azərbaycanlı alim vəfat etdi - FOTO

25 May 2025 16:48
Baxış: 910
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ümumdünya Nobel Mükafatları Komitəsinin Beynəlxalq Nobel İnformasiya Mərkəzinin Qafqaz və Orta Asiya ölkələri üzrə səlahiyyətli nümayəndəsi və mərkəzin vitse-prezidenti, tarix elmləri doktoru Bəybala Ələsgərov vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə iqtisadiyyat.az-a onun yaxınları məlumat verib.

Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra 71 yaşında dünyasını dəyişib.

Xatırladaq ki, Ələsgərov Bəybala Aydabala oğlu 1954-cü il may ayının 9-da Qusar rayonunun Köhnə Qazmalar kəndində anadan olub. 

O, 1993-cü ildə Ümumdünya Nobel Mükafatları Komitəsinin Beynəlxalq Nobel informasiya mərkəzinə üzv, 1996-cı ildə həqiqi üzv seçilən ilk Azərbaycan alimidir. O, 1993-cü ildən başlayaraq ardıcıl olaraq "Nobel mükafatı laureatları"nın görüş konfranslarında və Stokholm şəhərində Nobel mükafatları komitəsində məruzələrlə çıxış edib. B.Ələsgərov Nazirlər Kabinetinin 3 iyun 1996-cı il tarixli qərarı ilə yaradılmış "AMEA nəzdində Nobel İnformasiya Mərkəzi"nə uzun illər rəhbərlik edib.

Onun təşəbbüsü ilə ABŞ, İngiltərə, Almaniya və Rusiyadan sonra beşinci olaraq Nobel informasiya mərkəzi Azərbaycanda təşkil olunub. B.Ələsgərov 2005-ci ildə Beynəlxalq Nobel İnformasiya Mərkəzinin Qafqaz və Orta Asiya ölkələri üzrə səlahiyyətli nümayəndəsi təyin edilib. 2013-cü ildə isə Nobelin yubiley konfransının təşkilat komitəsinə üzv seçilib və burada elmi məruzə ilə çıxış edib. Elə həmin il Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti seçilib. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Respublika Ağsaqqallar Şurasının üzvü olan B.Ələsgərov həm də 30-a yaxın kitabın, 400-ə yaxın elmi-publisistik məqalənin müəllifidir. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.