Şou-biznes

“Bədbəxtlər nə istəyirlər?” – Röya üçün birləşdilər

25 May 2025 19:36
Baxış: 659
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanı təmsil etməsi cəmiyyətdə birmənalı qarşılanmayıb.

Milli.Az globalinfo.az-a istinadən xəbər verir ki, bir sıra tanınmış şəxslər müğənniyə dəstək olub.

Bununla bağlı ifaçı özü paylaşım edib.

Aparıcı Kəmalə Piriyeva bildirib ki, başqasının adına sevinməyi öyrənəndə Kann festivalına film də göndərəcəyik: "Kino kollektiv sənətdir, işləməyi, birlik olmağı, dəstək göstərməyi bacaranda kinomuzla da təmsil olunacağıq".

Müğənni Rəqsanə İsmayılova da həmkarının yanında olub: "Hər birimizin fəxrisən. Əsas odur ki, sən orda idin, Azərbaycanı təmsil edirdin. Bu bədbəxtlər görəsən, nə istəyirlər?"

Müğənni Türkan Vəlizadə Röyanın görüntülərini paylaşaraq, onların bir tarix olduğunu vurğulayıb: "Nə yaxşı, bizim Röyamız var".

Xalq artistinə dəstək olanlar sırasında müğənni Nəzakət Teymurova, Xəyyam Nisanov, bəstəkar-müğənni Murad Arif, aktyor Kamran Ağabalayev və sair də yer alıb.

Qeyd edək ki, Röya Ayxan tədbirə 100 ən uğurlu şəxs arasında Azərbaycan Musiqisinin Mədəniyyət Səfiri qismində qatılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.