İdman

“Yaşımdan utanmıram, hələ son sözümü deməmişəm”

16 Mart 2025 14:45
Baxış: 431
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın hücumçusu Robert Levandovski gələcəyindən və fiziki formasından danışıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 36 yaşlı forvard bu barədə İspaniyanın "Movistar" telekanalına bəhs edib.

O,  hazırda yaxşı formada olduğunu bildirib:

"Hər gün yenə meydana çıxmağı səbirsizliklə gözləyirəm. Çoxlu gənc oyunçunun əhatəsində olduğum üçün özümü daha gənc hiss edirəm. Formada qalmaq üçün meydandan kənarda çox şey edirəm. Bu, mənim ən yüksək səviyyədə oynamağıma kömək edir. Mən yaxşı fiziki formadayam və ən yüksək səviyyədə çıxış edə bilərəm. İndiki halımla üç il əvvəlki arasında heç bir fərq hiss etmirəm. Mən yaşımdan utanmıram və hələ son sözümü deməmişəm".

Qeyd edək ki, Levandovski bu mövsüm 39 oyun keçirib, 34 qol vurub və 3 məhsuldar ötürmə verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.