İdman

Mahir Emreli klubunu dəyişir

13 Fevral 2025 16:32
Baxış: 388
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın "Nürnberq" komandasında çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə maraqlanan Cənubi Koreya klubu müəyyənləşib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, "Seul" 27 yaşlı hücumçunu heyətinə qatmaq niyyətindədir.

Daha əvvəl də azərbaycanlı forvarda təklif irəli sürən K Liqa 1 təmsilçisi Emrelini razı salmaq üçün Nürnberq şəhərinə nümayəndə də göndərib.

"Seul" oyunçunu razı sala bilsə, II Bundesliqa klubuna müəyyən məbləğ ödəməli olacaq. Cənubi Koreyada transfer dönəmi martın 22-də başa çatacaq.

Qeyd edək ki, Mahir Emreli ötən yay "Nürnberq"ə keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.