Şou-biznes

75 min dollarlıq çantası gündəm oldu - FOTO

7 Sentyabr 2025 06:35
Baxış: 635
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Müğənni Jennifer Lopez, Los-Ancelesdə iş görüşməsinə gedərkən seçdiyi geyimlə diqqət çəkib. Ağ bohem üslublu bluz, cins şalvar və 45 min dollarlıq Hermés Birkin çantası ilə görüntülənən ulduz, əsrlərdir davam edən bir moda qaydasını da pozub.

55 yaşlı pop ulduzu 3 sentyabrda Los-Ancelesdə kameraların hədəfinə düşüb. O, axıcı və şəffaf görünümlü, qolları fırfırlı ağ Chloé bluzu flare cins şalvarla kombin edib. Görünüşünü tamamlayan aksessuarlar arasında iki qızıl boyunbağı, halqa sırğalar, iri kvadrat çərçivəli gün eynəkləri və qalın dabanlı qəhvəyi ayaqqabılar yer alıb.

Ulduz, görünüşünü ağ timsah dərisindən hazırlanmış Hermés Birkin çantası ilə tamamlayı. Sotheby's hərrac evinin qiymətləndirməsinə görə, bu modelin dəyəri 45 min - 75 min dollar arasında dəyişir.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.