Türkiyə

İnternetdən aldığı şampun həyatını kabusa çevirdi - FOTO

7 Sentyabr 2025 07:07
Baxış: 616
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

48 yaşlı Adana sakini Murat Gözde bərbərinin tövsiyəsi ilə saçlarını qaraltmaq üçün internetdən aldığı şampunu istifadə etdikdən sonra ciddi allergik reaksiya ilə üzləşib.

Milli.Az xəbər verir ki, məhsulu ilk olaraq dirsəyində test edən Gözde heç bir problem görməsə də, 48 saat sonra saçına tətbiq etdikdən sonra üzündə və gözlərində şişlik, başında isə yaralar meydana gəlib. Gözde dərhal klinikaya müraciət edib və həkimin tövsiyəsi ilə sakitləşdirici kremlərdən istifadə etməyə başlayıb.

Murat Gözde yaşadıqlarını belə izah edib:

"Bərbərin tövsiyəsi ilə bu məhsulu aldım. Əvvəlcə dirsəyimə sürtdüm, sonra saçlarıma tətbiq etdim. Üzüm və gözlərim şişdi, başımda yaralar əmələ gəldi. Gözlərimi itirəcəyimdən qorxdum. Bu məhsullar belə asan əldə olunmamalıdır, satışı tənzimlənməlidir" .

Gözde polis bölməsinə gedərək şikayət ərizəsi verib və məhsul istehsalçısından cavab tələb edib.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.