Sağlamlıq

Xərçəng əleyhinə peyvənd istifadəyə hazırdır

7 Sentyabr 2025 07:35
Baxış: 480
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiya alimləri xərçəngə qarşı yeni peyvənd hazırlayıblar və onun istifadəyə tam hazır olduğunu bildiriblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Federal Tibbi-Bioloji Agentliyin (FTBA) rəhbəri Veronika Skvortsova açıqlama verib.

Onun sözlərinə görə, "Enteromiks" adlı M-RNT əsaslı preparat klinikadan əvvəlki sınaqlardan uğurla keçib. Sınaqlar peyvəndin yüksək effektivliyini və təhlükəsizliyini təsdiqləyib.

"Avqustun sonunda FTBA preparatın klinik tətbiqi üçün Rusiya Səhiyyə Nazirliyinə rəsmi sənədlər təqdim edib. Araşdırmalar sübut edib ki, "Enteromiks" peyvəndi şişlərin ölçüsünü azaldır, onların böyüməsini ləngidir və dəfələrlə tətbiq edildikdə belə təhlükəsizdir. Preparat hər bir xəstə üçün fərdi qaydada hazırlanacaq və orqanizmdəki ribonuklein turşusuna (RNT) uyğunlaşdırılacaq", - deyə Skvortsova bildirib.

FTBA rəhbəri əlavə edib ki, peyvəndin tətbiqinə ilkin olaraq kolorektal xərçəngin müalicəsindən başlamaq nəzərdə tutulur.

"Eyni zamanda, daha iki istiqamət üzrə hazırlıq işləri yekunlaşmaq üzrədir - söhbət qlioblastoma və melanomanın xüsusi növlərinin müalicəsindən gedir", - deyə Skvortsova vurğulayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.