İdman

"Neftçi"dən Emin Mahmudova şok təklif

24 Sentyabr 2024 11:29
Baxış: 651
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2017-ci ildən "Neftçi"nin formasını geyinən Emin Mahmudovun buranı tərk etmək ehtimalı güclənib.

Milli.Az sportinfo.az-a istinadla bildirir ki, yaxınlarda kapitan sarğısı əlindən alınan yarımmüdafiəçi Roman Qriqorçukun qərarından narazı qalıb.

O, bazubəndin qolundan açılmasına etirazını bir formada baş məşqçinin diqqətinə çatdırıb.

Bundan xəbər tutan rəsmilər ona öz təklifini verib - əgər bu, xoşuna gəlmədisə, oturub danışaq və müqaviləni pozaq.

Emin Premyer Liqanın son turunda meydana çıxmaq imkanı əldə etməyib. "Qarabağ"la derbini (0:4) sonadək ehtiyat skamyadan izləyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.