İdman

Məşhur idmançı qətlə yetirildi

4 Sentyabr 2024 19:15
Baxış: 897
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın Şərqi Azərbaycan əyaləti Boks Şurasının başçısı İsa Qulməhəmmədi qətlə yetirilib.

Milli.Az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Şərqi Azərbaycan əyalətinin Boks Şurası məlumat yayıb.

Bildirilib ki, İ.Qulməhəmmədi Tehranın Rabatkərime rayonunun Şatrxvar kəndindəki bağ evində öldürülüb. Ona 5 bıçaq zərbəsi endirilib, eyni zamanda 11 dəfə atəş açılıb.

Məlumata görə, idmançıya 2 nəfər hücum edib. Onların kimliyi hələ müəyyən olunmayıb.

Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, İ.Quməhəmmədi boks üzrə ölkə çempionu olub. Bir müddət İranın boks yığmasının məşqçisi və meneceri işləyib. İran Boks Federasiyasının üzvü olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.