İdman

FIFA-dan "Qalatasaray"a şok cəza

11 İyul 2024 23:56
Baxış: 830
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qalatasaray" klubu ötən yay transfer dövründə Donetsk "Şaxtyor"undan heyətinə qatdığı Tete üçün Ukrayna klubunun açdığı iddianın yekunlaşması ilə bağlı açıqlama verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki,"Şaxtyor" Donetskin peşəkar futbolçumuza qarşı FIFA-ya etdiyi müraciət Mübahisələrin Həlli Şurası tərəfindən 11 iyul 2024-cü il tarixində qismən qəbul edilib. Qərara əsasən futbolçu Mateus Kardoso Lemos Martins və klubumuz 8 Avqust 2023-cü il tarixindən etibarən hesablanacaq illik beş faizlə birlikdə Ukrayna klubuna 2 389 776 avro ödəməlidir.

FIFA-nın qərarına uyğun olaraq, "Qalatasaray" Mateus Kardoso Lemos Martins ilə birlikdə göstərilən təzminat məbləğinə görə məsuliyyət daşıyır.

Bu qərardan apellyasiya şikayəti verilə bilər, odur ki proses hələ yekunlaşmayıb", - İstanbul komandasından bildirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.