İdman

"Qarabağ" Zubirlə müqaviləni uzatdı

29 İyun 2024 21:01
Baxış: 444
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ" müqaviləsi bir neçə gündən sonra başa çatacaq Abdullah Zubirlə yeni müqavilənin şərtlərini razılaşdırıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Yarımmüdafiəçi ilə anlaşma 3 il müddətinə uzadılıb.

Fransalı futbolçunun yeni müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. O, 2018-ci ildən çıxış etdiyi Ağdam təmsilçisi ilə 5 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub. Zubir bu müddətdə Premyer Liqada 158 oyunda 43 qol vurub. Avrokuboklarda 84 matça çıxan yarımmüdafiəçi 14 dəfə fərqlənib. Zubir Azərbaycan klublarının heyətində qitə kuboklarında ən çox qol vuran futbolçudur.

Qeyd edək ki, "Qarabağ" bunadək Fabian Buntiçi və Musa Qurbanlını transfer edib, Bəhlul Mustafazadə, Nəriman Axundzadə və Riçard Almeyda ilə müqaviləni uzadıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.