İdman

AVRO-2024-də 1/8 finalın favoritləri açıqlanıb: Türkiyə, yoxsa Avstriya?

28 İyun 2024 12:42
Baxış: 1 434
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AVRO-2024-ün 1/8 final matçlarının favoritləri açıqlanıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, "Opta" superkompüteri 1/4 finala adlayacaq komandaları müəyyənləşdirib.

Xüsusi proqramlarla çalışan bilgisayar İspaniyanın Gürcüstanı, Almaniyanın Danimarkanı, Portuqaliyanın Sloveniyanı keçəcəyini proqnozlaşdırıb. Kompüter Fransanın Belçikanı, Niderlandın Rumıniyanı mübarizədən kənarlaşdıracağını göstərib.

"Opta" Avstriya ilə üz-üzə gələcək Türkiyənin bu səddi keçə bilməyəcəyini vəd edib. Proqnoza əsasən, İngiltərə Slovakiyanı, İsveçrə İtaliyanı dayandıracaq.

Qeyd edək ki, 1/8 final oyunları iyunun 29-dan iyulun 2-dək keçiriləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.