İdman

Gürcülərin Avropa sensasiyasının bəhrəsi - VİDEO

27 İyun 2024 14:04
Baxış: 2 045
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan milli futbol komandası müxtəlif mükafatlar və ödənişlər şəklində təxminən 24,7 milyon dollar alacaq.

Milli.Az xəbər verir ki, 30 milyon lari (10,5 milyon dollar) məbləğində mükafatı Cartu xeyriyyə fondu ödəyəcək. Turnirin başlamazdan əvvəl belə bir vəd var idi. Komanda Avropa çempionatının final mərhələsinə yüksəldiyinə görə Gürcüstan hökumətindən daha 3 milyon lari (1,1 milyon dollar) alacaq. 

UEFA EURO-2024-ün final mərhələsinə çıxdığına görə yığma üçün 9,25 milyon avro, 1/8 finala çıxışa görə 1,5 milyon avro, Portuqaliya üzərində qələbəyə görə 1 milyon avro və Çexiya ilə heç-heçəyə görə 500 min avro ödəyəcək. 

Hərgah gürcülər 1/8 finalda İspaniya yığmasını məğlub etsələr, əlavə olaraq 2,5 milyon avro alacaqlar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.