İdman

Gürcüstan millisinin baş məşqçisi futbolçulara nə deyib?

27 İyun 2024 07:22
Baxış: 1 017
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mən futbolçulara 16-17 yaşlarında necə oynadıqlarını heç düşünmədən xatırlamalarını söylədim və bu gün bunu parlaq şəkildə etdilər.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu Gürcüstan yığmasının baş məşqçisi Villi Sanyol Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin III turu çərçivəsində Portuqaliyaya qarşı oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis nə olur-olsun intizamı qorumağın vacibliyini söyləyib: "Düzünü desəm, oyundan əvvəl oyunçulara nə danışdığımı xatırlamıram, amma mesaj öz futbolunu oynamaq idi. Top əlinizdə oldu-olmadı, intizamı qoruyun".

Qeyd edək ki, F qrupunda baş tutan Gürcüstan - Portuqaliya matçı birincilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Gürcüstan ən yaxşı qrup üçüncüsü kimi növbəti mərhələyə adlayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.