İdman

Bu gözəllər onlar üçün Leypsiqdə olacaq - FOTOlar

21 İyun 2024 22:55
Baxış: 852
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Niderland millisini Avropa çempionatının favoritlərindən biri olan Fransa ilə çox çətin oyun gözləyir. D qrupunda yer alan Ronald Kumanın komandası turnirin ilk oyununda Polşaya qalib gəlib - 2:1.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu gün baş tutacaq görüş onlar üçün olduqca vacibdir. Qələbə qazanacaqları halda sonuncu turun nəticələrindən asılı olmayaraq pley-offa vəsiqəni təmin edə bilərlər.

Bu uğuru əldə etmək üçün meydandakı mübarizədən əlavə onlara güclü dəstək lazımdır. Düzdür, on minlərlə niderlandlı Leypsiqdə "narıncılar"a dəstək olacaqlar. Ancaq futbolçulara tribunada daha yaxşı hissələrlə və yüksək motivasiya ilə dəstək verəcək bir qrup da var. Söhbət onların ailələrindən və sevgililərindən gedir.

Gəlin onlarla tanış olaq:

Anneki Molenaar "Bayern"in futbolçusu Matthiys De Liqtin həyat yoldaşıdır. Onlar Avro-2024-dən bir neçə gün əvvəl evləniblər.

Kaylye Ake "Mançester Siti"nin ulduzu olan həyat yoldaşı Natan Akeni dəstəkləyir.

Sarışın gözəl Noah van der Biy isə "Liverpul"un forvardı Kodi Qakpo üçün arenada olacaq.

Doyna Turkanu "İnter"in futbolçusu Stefan de Vriy ilə münasibətdədir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.