İdman

Niderlandlı qolkiper 60 illik rekordu yenilədi - FOTO

17 İyun 2024 10:16
Baxış: 434
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Niderlandlı qapıçı Bart Verbrüggen Avropa çempionatının 60 illik rekordunu yeniləyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla Verbrüggen 1964-cü ildən bəri çempionatda komandaya başlayan ən gənc qapıçı oldu. O, Niderland-Polşa matçı zamanı 21 yaş 303 günündə bu şansı qazanıb.

Verbrüggen tarixin üçüncü ən gənc qapıçısı oldu. Turnirin tarixində ən gənc qolkiperi ispaniyalı Xose Anhel İribardır. O, AVRO-64-də 21 yaş 108 günündə meydana çıxıb. Qeyd edək ki, Bart Niderland yığmasında 2023-cü ildə debüt edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.