"Bavariya"nın yarımmüdafiəçisi Tomas Müllerin həyat yoldaşı Liza Müller sosial şəbəkələrdə futbolçunu izləməyi dayandırıb və eyni zamanda birlikdə çəkilən fotoların çoxunu silib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, cütlük arasında münasibətlərin hansı vəziyyətdə olduğu dəqiq bilinmir.
Qeyd edək ki, Tomas və Liza 15 ildir evlidirlər, hər ikisinin 34 yaşı var. Onlar birlikdə Otterfinq yaxınlığında (Münhendən 30 kilometr cənubda) atçılıq fermasına sahibdirlər.
Liza peşəkar səviyyədə atçılıqla məşğul olur. Müller isə bütün peşəkar karyerasını "Bavariya"da keçirib. O, 12 dəfə Bundesliqanın, altı dəfə Almaniya kubokunun və iki dəfə Çempionlar Liqasının qalibi olub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun