İdman

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı

1 May 2024 17:22
Baxış: 544
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

AFFA-nın vitse-prezidenti və Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva AVRO-2024-ə təyinat alıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu assosiasiyanın mətbuat xidməti açıqlayıb.

O, bu il Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə UEFA tərəfindən təyin edilib. Bununla ilk dəfə Azərbaycandan olan nümayəndə belə mötəbər turnirdə iştirak edəcək.

Mehtiyeva iyunun 17-dən iyulun 1-dək AVRO-2024-ün Frankfurtda təşkil olunacaq 5 oyununda UEFA nümayəndəsi olacaq. O, qrup mərhələsi çərçivəsində iyunun 17-də Belçika - Slovakiya, 20-də Danimarka - İngiltərə, 23-də İsveçrə - Almaniya, 26-da Slovakiya - Rumıniya görüşlərinə və iyulun 1-də 1/8 final qarşılaşmasına nəzarət edəcək.

Qeyd edək ki, UEFA nümayəndəsi qitə futbol qurumunun keçirdiyi oyunlara və turnirlərə təyin edilən ən yüksək rütbəli oyun rəsmisidir. Nümayəndə oyunların təşkilinin bütün aspektləri üzrə ümumi səlahiyyətə malikdir, matçın və ya turnirin nizamlı təşkilinin təmin edilməsinə, oyundan əvvəl, oyun zamanı və sonra stadionun istər daxilində, istərsə də xaricində nizam-intizam və təhlükəsizlik qaydalarına riayət olunmasına cavabdehdir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.