İdman

Qapıçılarla bağlı qaydalar dəyişir

17 Aprel 2024 22:54
Baxış: 775
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) qapıçılar üçün topa sahiblik müddəti ilə bağlı yeni protokol hazırlayıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, hazırda qolkiperilərin topu 6 saniyədən çox olmayan müddətdə əllərində saxlamaq imkanı var.

Bu qayda pozuntusunun cəzası həmin mövqedən cərimə zərbəsidir. Lakin hakimlər bu qaydanı tətbiq etmirlər. Çünki belə məsafədən cərimə zərbəsi çox üstünlük təşkil edir.

Buna görə də hakimlərdən topa sahibliyi dəyişdirməyin iki fərqli üsulunu sınamaq tələb olunacaq. Qapıçılara topu maksimum 8 saniyə saxlamağa icazə veriləcək. Limit keçilərsə, hakim künc zərbəsi və ya topu mübahisəli atışla oyuna daxil etmə təyin edəcək.

Yeni qaydalar 2024/2025 mövsümündə sınaqdan keçiriləcək. Uğurlu olarsa,2026/2027 mövsümündən etibarən bu tələb bütün turnirlərə şamil olunacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.