İdman

Mauro İkardi "Qalatasaray"ın tarixinə düşdü

8 Aprel 2024 16:31
Baxış: 659
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qalatasaray"ın argentinalı hücumçusu Mauro İkardi "sarı-qırmızılar"ın tarixinə düşüb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Mauro buna "Fənərbağça"ya qarşı Superkubok uğrunda oyunun 50-ci saniyəsində qol vurmaqla buna nail olub.

O, əzəli rəqiblərin derbisində ən erkən qolun müəllifi ünvanına sahib çıxıb. İkardi 1984-cü ildə "Fənərbağça"nın qapısına 55-ci saniyədə yol tapan Mirza Seydicin rekordunu yeniləyib.

Qeyd edək ki, "Fənərbağça" sözügedən matçın 3-cü dəqiqəsində meydanı tərk edib və görüş yarımçıq dayandırılıb. Türkiyə Futbol Federasiyasının bu barədə qərarı yaxın müddətdə açıqlanacaq. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.