İdman

12 dəqiqə kifayət etdi: Messi qayıtdı və qol vurdu

7 Aprel 2024 23:00
Baxış: 1 809
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lionel Messi zədədən sonra meydana qayıdıb. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, argentinalıya yenidən qol vurmaq üçün cəmi on iki dəqiqəlik oyun lazım olub.

Messi zədə səbəbindən bir aya yaxındır oynamır. Beş oyunu buraxıb və onlardan yalnız birində "İnter Mayami" qalib gəlib.

Dünya çempionu "Kolorado Repids"lə qarşılaşmaya ehtiyat oyunçular arasında başlayıb.

Messi ikinci hissənin əvvəlindən meydana çıxıb. O, 58-ci dəqiqədə qol vurub.
İki dəqiqə sonra Leonardo Afonso "İnter Mayami"ni önə keçirib. Lakin Mayami komandası qalib gələ bilməyib. 

"İnter Mayami" səkkiz oyundan 12 xal toplayıb. O, hazırda Şərq Konfransının turnir cədvəlində üçüncü yerdədir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.