İdman

Ən çox qazanan idmançılar açıqlandı – SİYAHI

9 Mart 2024 15:26
Baxış: 551
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tarixin ən yüksək ödənişli idmançılarının siyahısı açıqlanıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, siyahını "Sportico" tərtib edib.

Cədvəldə idmançıların maaşları, bonuslar, mükafatlar, həmçinin idmanətrafı sahələrdən qazanclar nəzərə alınıb. İdmançıların karyeraları ərzində və ondan sonra qazandıqları məbləğə əsasən hazırlanan siyahıya Maykl Cordan başçılıq edir.

Basketbol əfsanəsi 3 milyard 750 milyon dollar qazanıb. İlk "onluq"da üç qolfçu, üç futbolçu, iki basketbolçu yer alıb. Tennis və boks siyahıya bir təmsilçisi ilə düşüb.

1. Maykl Cordan (basketbol) - 3,75 milyard dollar
2. Tayqer Vuds (qolf) - 2,66
3. Kriştiano Ronaldo (futbol) - 1,92
4. Arnold Palmer (qolf) - 1,75
5. Lebron Ceyms (basketbol) - 1,7
6-7. Cek Niklaus (qolf) - 1,67
Lionel Messi (futbol) - 1,67
8. Devid Bekhem (futbol) - 1,5
9. Rocer Federer (tennis) - 1,49
10. Floyd Meyvezer (boks) - 1,48

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.